reklam
<strong><font color=#ff0000>Maltapmaca KÖŞƏ</font></strong>

Maltapmaca KÖŞƏ

Rəşad Museyibzadə

TARIX /

Futbol milliniz bir şanlı qələbə daha qazandı. Dünyanın sayılıb-seçilən komandalarından olan Maltaya qarşı qələbə bütün ölkəni sevincə boğdu. İroniya-filan eləmirəm, ola bilər başqaları üçün Malta "cırtdan" ölkədi, amma indiyə qədər 3 dəfə qarşılaşdığı bir ölkə qarşısında bərabərə qalma nədi, heç qapısından 1 top belə keçirə bilmədiyi bir ölkəni rəqibi darmadağın etmək ölkəniz üçün böyük uğurdu.

Düşünürəm ki, bu uğurda pay sahibi olan hər kəs mükafatlandırılmalıdır. Çünki siz artıq futbola olan qayğının nəticələrini görməkdəsiz.

Elxan Məmmədov dərhal “Şöhrət” ordeninə layiq görülməlidir. Ən böyük əziyyəti o çəkir. Bütün AFFA-nın yükü qalıb üstünə. FIFA-nın bayrağı altında olan çempionatları təşkil edir, klub saxlayır, hələ “dirəşib” hər kəsə sübut etmək istəyir ki, Azərbaycanda qadın futbolu var. Sözsüz ki, bu adamı mükafatlandırmaq lazımdı.

 Berti Foqts Azərbaycanın “Fəxri vətəndaşı” elan edilməlidir. Bundan əlavə Berti ilə ömürlük müqavilə imzalanmalıdır. Onun heç oyunlar zamanı da Azərbaycana gəlməyinə ehtiyac yoxdur. Ürəyi nə zaman istəyər, gələr. İstəyir heç ölkə çempionatı keçirtməyək. Yığsın 23 futbolçunu, getsin harda istəyir; təlim-məşq toplanışı keçirtsin. Görək Berti Foqtsu buvaxta qədər tənqid edənlər neyləyəcək? Foqts güclülərlə oyunöncəsi deyirdi ki, biz hələ öyrənirik. Bu gün artıq sübut etdi ki, onun futbolçuları futbolu öyrənib. İndi görün bundan sonra qələbələri necə sıralıyacaq.

Sözsüz ki, bugünkü qələbənizdə ən böyük pay sahibi futbolçular idi. Hər futbolçuya külli miqdarda mükafat verilməlidi. Hələ dubl 

edən futbolçu 4-5 adam əzib öldürmə hüququna sahibdi. Digər qolun sahibi Rauf Əliyev isə azarkeşləri təhqir edib, onlar meydana gəlməsin deyə bilər.

Jurnalistlər də öz üzərinə düşən vəzifələri yerinə yetirməlidi. Bu qələbəni ölkənizin hər güşəsinə çatdırmalıdı. Böyük uğurdur...